“şağan bələdiyyəsinin ünvanına 2022-ci il ərzində ümumilikdə 116 məktub daxil olmuşdur. Bunlardan : 12 ədədi Xəzər Rayon icra Hakimiyyətindən, 38 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən, 66 ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur”- bu barədə fikirləri adıçəkilən şağan Bələdiyyəsinin sədr səlahiyyətlərini icra edən Sevinc Atayeva bildirib.
Sədin sözlərinə görə, şağan bələdiyyəsinin adından 2022-ci il ərzində ümumilikdə müxtəlif qurumlara 99 ədəd məktub göndərilmişdir. Bunlardan, 14 ədədi Xəzər Rayon icra Hakimiyyətinə, 6 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, 79 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.
2022-ci ildə ümumilikdə, vətəndaşlar tərəfindən 121 ədəd (müxtəlif mövzulu: bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə, şikayət), bələdiyyə qulluqçuları tərəfindən isə 20 ədəd ( məzuniyyət, işə daxil olma, işdən azad olma ilə bağlı ) ərizə daxil olmuşdur. Daxil olmuş bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.
Belediyye.info